Kateqoriyalar: BaşDünya

Ruhani rəsmi üzrxahlıq üçün Ukraynaya xüsusi nümayəndə göndərəcək

İran Prezidenti Həsən Ruhani ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı “Boeing 737” sərnişin təyyarəsi ilə bağlı baş vermiş faciə ilə əlaqədar rəsmi şəkildə təəssüflüyünü çatdırmaq üçün yaxın vaxtlarda Ukraynaya xüsusi bir nümayəndə göndərəcəyini vəd edib.

aranxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İran administrasiyasının saytında deyilir.

“Ukraynaya İran xalqının və hökumətinin peşmanlığını rəsmi şəkildə çatdırması üçün yaxın vaxtlarda ölkənizə xüsusi nümayəndə göndərəcəyəm”, – deyə məlumatda bildirilir.

İran Prezidenti əlavə edib ki, İranın Xarici İşlər nazirinə ukraynalı həmkarı ilə daim təmasda olması və təyyarə qəzası ilə bağlı əməkdaşlığı davam etdirməsinə dair tapşırıq verib.

Telefon söhbəti İran hərbi qüvvələrinin Ukrayna təyyarəsini bilmədən “düşmən hədəf”, yəni qanadlı raket zənn edərək vurduqlarını etiraf etməsindən sonra baş tutub. Eyni zamanda, İran ABŞ-dan hücum gözlədiklərini və buna görə də ölkənin hava hücumundan müdafiə sistemlərinin tam hazır vəziyyətə gətirildiyini qeyd edib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024