İsveçrənin “Henley&Partners” şirkəti dünya ölkələrinin pasportlarının yeni reytinqini açıqlayıb.
aranxeber.com fed.az-a istinadən xəbər verir ki, siyahıya Yaponiya liderlik edir. Belə ki, Yaponiya pasportu daşıyan insanlar dünyanın 191 ölkəsinə vizasız səyahət etmək imkanına malikdirlər. Reytinqdə ikinci yeri Sinqapur (190 ölkə), üçüncü Almaniya və Cənubi Koreya Respublikası (189 ölkə) tutublar. İlk onluqda Finlandiya (188 ölkə), İtaliya (188 ölkə), Danimarka (187 ölkə), İspaniya (187 ölkə), Lüksemburq (187 ölkə), İsveç (186 ölkə), Fransa (186 ölkə), İsveçrə (185 ölkə), Portuqaliya (185 ölkə), Niderland (185 ölkə), İrlandiya (185 ölkə), Avstriya (185 ölkə), ABŞ (184 ölkə), Böyük Britaniya (184 ölkə), Norveç (184 ölkə), Yunanıstan (184 ölkə), Belçika (184 ölkə), Yeni Zelandiya (183 ölkə), Malta (183 ölkə), Çexiya (183 ölkə), Kanada (183 ölkə), Avstraliya (183 ölkə), Slovakiya (181 ölkə), Litva (181 ölkə) və Macarıstan (181 ölkə) qərarlaşıblar.
Azərbaycan isə siyahıda Filippinlə birlikdə 76 yeri tutub. Azərbaycan pasportunu daşıyan vətəndaşlar dünyanın 67 ölkəsinə vizasız səyahət edə bilərlər.Gürcüstan siyahıda 53-cü (116 ölkə), Türkiyə 55-ci (111 ölkə), Rusiya 51-ci (118 ölkə), Ermənistan isə 81-ci (62 ölkə) yerdə qərarlaşıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…