Kateqoriyalar: BaşÖlkəTəhsil

Təhsil Nazirliyi:”Bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır”

Son günlər mediada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına müxtəlif yanaşmalar yer alır.

aranxeber.com xəbər verir ki, bəzi media orqanları 5 günlük tədris müəssisələrində dərslərin 7 yanvar tarixlərdə başlayacağı halda 6 günlük məktəblərdə 4, 6 yanvar tarixlərində də dərslər olacağı ilə bağlı əsassız məlumatlar yayıb.

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi bu məsələyə öz facebook səhifəsində aydınlıq gətirib.

Məlumatda deyilir: “Bu gün bəzi media orqanlarında altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair əsassız məlumat yayılıb.

Təhsil Nazirliyi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.”

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024