“Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən biri olub”.
aranxeber.com “Report”a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub: “Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə bu rəqəm 5 dəfə çoxdur. Əmək haqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib”.
C.Bayramov qeyd edib ki, Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə bu tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib: “Gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur. Bu il həmçinin tələbələrə verilən təqaüdlərin həcmi 20% artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib. Növbəti tədris ilindən təqaüd alan tələbələrin 50%-ə çatdırılması planlaşdırılır”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…