Sabirabadda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
APA-nın DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabirabad rayon Moranlı kənd sakini Zahir İsparov ötən il dekabrın 30-da ərizə ilə RPŞ-nin Qaragüney Polis Bölməsinə müraciət edərək, dekabr ayı ərzində kənddə olmadığı müddətdə mağazasının arxasında yerləşən anbardan naməlum şəraitdə dəyəri 4500 manat olan 15 kisə yonca toxumunu oğurlanması barədə məlumat verib.
Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Aparılmış tədbirlərlə onların rayonun Zalqarağac kənd sakinləri Nurlan Mustafazadə, İlham Əlizadə və Kamran Bayramov olması müəyyən edilmişdir. O da aydın olub ki, sonuncu iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıblar.
N.Ə.Mustafazadə, İ.C.Əlizadə və K.R.Bayramov saxlanılaraq sonrakı tədbirlərin aparılması üçün RPŞ-nin İstintaq bölməsinə təqdim olunublar.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…