Kateqoriyalar: HadisəRegionSosial

Onlar YAP-dan qovulacaq? – AÇIQLAMA

Ötən gün Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini Ramiz Tatarov, daha sonra isə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov korrupsiya hallarına yol verdiklərinə görə həbs ediliblər. Hər üç şəxs hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Xüsusilə, Ramiz Tatarovun Ağstafa rayon təşkilatının sədri olması mətbuatda müzakirələrə səbəb oldu. Hətta bu şəxslərin partiya üzvlüyündən kənarlaşdırılmasını təklif edənlər var.

Bəs həmin şəxslərin partiya üzvlüyündən kənarlaşdırılması məsələsinə baxıla bilərmi?

aranxeber.com bildirir ki, modern.az saytı bu barədə məlumat əldə etmək üçün hakim partiya ilə əlaqə saxlayıb. Partiyanın mətbuat xidmətindən sayta bildirilib ki, hələlik bu barədə müzakirə aparılmayıb.

YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə sayta bildirib ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir:

“Onların partiya üzvlüyündən kənarlaşdırılması partiyanın ali qurumunun qərarı ilə gerçəkləşə bilər. Partiya rəhbəliyi, İdarə Heyəti necə qərar etsə, elə də olacaq. Hələlik belə bir təklif yoxdur. Amma partiya üzvülüydən uzaqlaşdırılma halları dəfələrlə olub. 2005-ci il hadisələrindən sonra da bir neçə nəfər partiyadan kənarlaşdırılıb. İstənilən halda qanun alidir”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024