Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
aranxeber.com APA-ya istinadən xəbər verir ki, qurumun əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 154 A ünvanında fəaliyyət göstərən “Bizim supermarket”də yoxlama keçiriblər. Yoxlama zamanı soyuducu vitrində olan “Uzun Ömür” əmtəə nişanlı “İvanovka” yağ məhsulunun etiket məlumatında bitki spred yağı yazılmasına baxmayaraq satış vitrinində “kərə yağı” adı altında satışının həyata keçirildiyi və kassa çekində də faktın öz təsdiqini tapdığı müəyyən edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…