Kateqoriyalar: BaşÖlkəSosial

DİQQƏT! Bu sürücülər 800 manat cərimə olunacaq

Sürücülər hərəkət zamanı radar və kameralardan yayınmaq üçün fərqli yola əl atıblar. Bəzi sürücülər xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlədir. Bu avadanlıq əsasən “Instagram”da satılır. İstər avtomobil hərəkətdə olarkən, istərsə də park edilmiş halda sadəcə bir düymə ilə avtomobilin nömrəsi anında bağlanılır. Adı keçən sosial şəbəkənin səhifələrində paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür. Paylaşılan videolar artıq bu vasitədən istifadə edənlərin olduğu da bəllidir.

Bəs sürücülər bu avadanlığın istifadəsinə görə nə qədər cərimə ödəyəcəklər?

aranxeber.com xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Sabah”a öz münasibətini bildirib. Onun sözlərinə görə, bu sürücülər 500-800 manat arası cərimə olunacaqlar:
“Bu narahatlıq doğuracaq məsələdir. Birinci dəfə mənim yadıma gəlir ki, belə vasitədən Binə Ticarət Mərkəzinin direktoru Kəbirə xanımın yaxını istifadə etdiyi üçün saxlanmışdı. Məlum olmuşdu ki, bu adam qara pərdə ilə avtomobilinin nömrəsini dəyişə bilir. Bu avadanlıq 10 il qabaq Azərbaycana gətirilib. Bunun qarşısını almaq üçün gərək vətəndaşların müraciəti ola ki, polis məlumatlı olsun. Polis ancaq maşını nömrəsiz görəndə saxlaya bilər.

Amma kimsə tanışının və ya qoşusunun belə bir əməli olduğunu bilirsə, bu zaman polisə məlumat verməlidir. Belə nömrə istifadə edən şəxs bir qəza törədsə, kiməsə zərər yetirsə, o adamı heç kim tapa bilməyəcək. Buna görə cəmiyyətin özünün də bir mübarizə üsulu olmalıdır. Bu hallar konkret inzibati xətalar məcəlləsində qadağan olunan əməllərdir. Əgər avtomobildə belə birşey varsa, sürücü 500-800 manat arası cərimə oluna bilər. Quraşdırılan avadanlıq isə müsadirə olunur. Sürücülər şəhəriçi hərəkət edirlərsə, belə bir şeyə əl atmırlar. Lakin magistral yollara çıxdıqda belə avadanlıqlardan istifadə edirlər. Çox təəssüflər olsun ki, bunu cavanlar dəb üçün etsələr də, bəzi məmurların xidməti avtomobillərində də bu cür vasitələrə əl atırlar”.

Ekspert bildirib ki, bu tip avadanlıqların satışı ilə məşğul olan satıcıların üzərinə isə heç bir məsuliyyət düşmür

Etiketlər: cəriməDYPsürücü
AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024