Kateqoriyalar: BaşLayihəRegion

Mingəçevirdə “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” qeyd edilib

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı”(EPIC) layihəsi çərçivəsində Mingəçevir şəhər “Gənclər Evi” və “Human Foundation” tərəfindən dəstəklənən “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” tədbiri 7 Dekabr tarixində həyata keçirildi.

aranxeber.com xəbər verir ki, BMT Baş Assambleyasının 7 Fevral 2000-ci il tarixli qətnaməsi ilə 25 Noyabr  “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd edilir. Məhz bu günə görə hər il dünyanın bir çox ölkəsində maarifləndirmə məqsədilə minlərlə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də bu gün Mingəçevir şəhərində həyata keçirildi.

Tədbirin birinci hissəsində  HUMAN Fondunun təşkil etdiyi “YOU CAN” (“SƏN BACARARSAN”) layihəsinə start verildi. YOU CAN layihəsi (#‎youcan) həyatın maneələrinə baxmayaraq, uğur qazanmış insanların çıxışlarını əhatə etmişdir. Layihənin məqsədi insanları həyatın çətinliklərinə baxmayaraq uğura həvəsləndirmək  və düzgün istiqamətləndirməkdir.

Tədbirin ikinci hissəsində isə “SÜKUT” adli sərgi təşkil olundu . Sərgi zorakılığa və təzyiqə məruz qalaraq intihar edən, həyatını itirən kəslərin xatirəsinə həsr olunub. Sərgi 1 həftə davam edəcək.

Tədbirdə layihənin hədəf bölgələrindən olan 60 nəfər  iştirak etmişdir

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024