Dekabrın 2-də parlamentdə Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların parlamentin buraxılması ilə əlaqədar müraciətə baxılacaq.
Bunu Milli Məclisin iclasında spiker Oqtay Əsədov elan edib.
aranxeber.com xəbər verir ki, məlumatı Meydan Tv yayıb.
Oqtay Əsədovun sözlərinə görə, bu məsələnin müzakirəsi üçün Milli Məclisin dekabrın 2-nə təyin edilən xüsusi iclası çağırılıb və gündəliyinə yalnız bir məsələ – parlamentin buraxılmasının müzakirəsi daxil edilib.
YAP Siyasi Şurası noyabrın 28-də keçirilən iclasında parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…