Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 900,3 mln. manat təşkil edib ki, onun da 3 350,8 mln. manatı heyvandarlıq, 3 549,5 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,2%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2%, bitkiçilik məhsulları üzrə isə 11,4% artıb.
Noyabr ayının 1-dək dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,9%-i, yaxud 1 038,9 min hektarı biçilmiş və həmin sahələrdən 3 249,4 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çox məhsul götürülüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 2,9% artaraq 429,9 min ton, süd istehsalı 1,8% artaraq 1 751,4 min ton, yumurta istehsalı 8,1% artaraq 1 531,7 mln. ədəd və yun istehsalı 1,5% artaraq 15,9 min ton təşkil edib. Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3% çox barama istehsal olunub.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…