Kateqoriyalar: BaşMədəniyyət

“Cəbiş müəllim” yeganə övladını “detdom”a atıb

“Bizim Cəbiş müəllim” filmində yaratdığı Cəbiş müəllim obrazı ilə yaddaşlara həkk olan aktyor Süleyman Ələskərov yeganə övladını uşaq evinə atıb.

aranxeber.com  BAKU.WS-ə istinadən xəbər verir ki, bu sirri xalq artistinin nəvəsi açıb.

Xalq artistinin doğma qızı Humayın qızı Nisəxanım “BizimləSən” proqramında bildirib ki, babası S.Ələskərov onun anasını Göygöl rayonundakı Uşaq evinə atıb.

“Babam anamı “detdom”a verib. O, pis adam olmayıb, onu buna məcbur ediblər. Daha sonra evləndiyi xanımın atası ilə anası, yəni babamın qayınatası ilə qayınanası anamı oradan götürüb saxlayırlar. Aktyorun doğma qızı kimi tanıdığımız Sevil xanım övladlığa götürülüb. Aktyorun ikinci həyat yoldaşının bacısının qızıdır, yəni baldızı qızıdır”, – Nisəxanım deyib.

Aktyorun nəvəsi doğşa nənəsini axtarmaq üçün proqrama müraciət edib.

Xatırladaq ki, Süleyman Ağababa oğlu Ələskərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. 63 il Gənc Tamaşaçılar Teatrında çalışıb. 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

https://www.baku.ws/video2/v.php?v=1324143

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024