Kateqoriyalar: BaşLayihəRegion

“Atamla birgə öyrənirəm” layihəsi başa çatdı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı.

aranxeber.com  xəbər verir ki, Bərdə şəhər 8 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Könül Quliyevanın rəhbəri olduğu “Atamla birgə öyrənirəm” layihəsinin əsas məqsədi Azərbaycan Təhsil mühitində ataların rolunu artırmaq, onlara övladları ilə birlikdə yeni və müasir öyrənmə üsullarını aşılamaqdan və ata-övlad münasibətinin kiçik yaşlardan formalaşdırilmasından ibarət idi.

Layihə müddətində ilk öncə Bərdə rayonunda yerləşən məktəblərdə 4-cü sinif şagirdləri üçün layihə haqqında məlumat verilmiş və layihədə iştirak etmək istəyən övlad və atalar birlikdə müraciət etmişlər. Daha sonra seçilən iştirakçılarla bir daha görüş keçirilmiş və təlimlərin günləri müzakirə olunaraq məlumatlandırılmışlar. Qeyd edək ki, layihə müddətində 5 fənn (Rəsm, həyat bilgisi, riyaziyyat, ingilis dili, ana dili) müəyyən olunmuşdur. Müəyyən olunmuş fənnlər ibtidai sinif müəllimləri ilə birlikdə müzakirə edilmiş və uyğun mövzular seçilmişdir.

Layihə çərçivəsində 06, 13, 20, 27 oktyabr və 03 noyabr 2019-cu il tarixlərində təlimlər baş tutmuşdur. Təlimlər zamanı əsas mövzular “Vurma”, “İkirəqəmli ədədin birrəqəmli ədədə bölünməsi”, “İnsanın daxili orqanları, Orqanizmi necə qorumalı”, İlk tibbi yardım, Məişət qəzaları, Yol hərəkəti qaydaları”, “Natiqlik məharəti haqqında”, “Az danışmağın gözəlliyi”, “Hobbies (Hobbilər)”, “Time (Vaxt)”, “Novruz adət-ənənələri”, “Qədim abidələr diyarı” olmuşdur. Hər fəndən təşkil olunan mövzular zamanı valideynlər övladları ilə bərabər müxtəlif tapşırıqlar yerinə yetirmiş və əyləncəli şəkildə müxtəlif öyrənmə metodları vasitəsilə yeni biliklər əldə etmişlər.

Layihənin sonunda valideynlərə və övladlara hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024