Kateqoriyalar: BaşHadisəRegion

Toy məclisinə gedən iki ailə yol qəzasına düşüb

Ötən gün axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunda yol qəzası baş verib.

aranxeber.com APA-ya istinadən xəbər verir ki, Balakən rayonun Qaysa kənd sakini, 1992-ci il təvəllüdlü Əli Kamil oğlu Xəlilov idarəetdiyi “VAZ 21014” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

Qəza zamanı xəsarət alan sürücü Ə.Xəlilov, sürücünün həyat yoldaşı, 1995-ci il təvəllüdlü Həcər Ramazan qızı Xəlilova, avtomobildə olan digər sərnişinlər – Qaysa kənd sakini 1964-cü il təvəllüdlü Ramazan Həybullah oğlu Şabanov və həyat yoldaşı, 1970-ci il təvəllüdlü Solmaz Asyalov qızı Şabanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Tibb müəssisəsindən bildirilib ki, yaralılardan R.Şabanovun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralıların
xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Qeyd edək ki, qəzaya düşənlər iki ailənin üzvüləridi. Onlar toy mərasimində iştirak etmək üçün şadlıq evinə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024