İsmayıllıda üzüm yığımı sürətlə davam edir. Fermerlər məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, üzüm plantasiyalarının sahəsi hazırda 1121,1 hektardır. Bunun 1012,9 hektarı bar verəndir. Bağlarda əsasən “Sultanino”, “Kardinal”, “Moldovo” süfrə sortları, “Mədrəsə”, “Rislinq”, “Rkaşteli” və digər texniki sortlar yetişdirilir. Hazırda daha çox üzüm bağları olan Qalınçaq, Kürdmaşı, İvanovka ərazi dairələrində məhsul yığımı sürətlə davam etdirilir. Plantasiyalardan orta hesabla 50 sentnerdən çox üzüm götürülür ki, bu da ötən ildəkindən 9,3 sentner çoxdur. Bir sıra ərazilərdə isə məhsuldarlıq daha yüksəkdir. Belə ki, Qalınçaq kəndində fermer Mir Məskur Seyidov bağlardan 120-130 sentner məhsul götürür. Fermerin 77 hektar üzüm bağı var. Təsərrüfatda 20 nəfər daimi işçi çalışır. Onların orta aylıq əməkhaqqısı 300 manatdır.
Hacıhətəmli kənd ərazi dairəsində 271 hektar üzüm bağı olan “Monolit” fermer təsərrüfatında da yüksək məhsul götürülür.
Qeyd edək ki, keçən il İsmayıllıda 4124 ton üzüm istehsal olunmuşdu. Mütəxəssislər cari ildə plantasiyalardan 4500 tondan çox üzüm yığılacağı qənaətindədirlər.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…