Kateqoriyalar: İnkişafRegion

Zaqatalada keçiriləcək Beynəlxalq fındıq, qoz, şabalıd festivalının proqramı olduqca maraqlı və rəngarəngdir

Sentyabrın 28-dən 30-dək Zaqatala rayonunda keçiriləcək Beynəlxalq fındıq, qoz, şabalıd festivalına yüksək hazırlıq işləri görülür.

aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə reallaşacaq festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, festivalda ölkəmizdə fəaliyyət göstərən 20-dək xarici ölkə səfirliyinin nümayəndələri, nazirlik və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ətraf rayonlardan dəvət olunmuş qonaqlar, fındıq istehsalçıları və ixracatçıları, rayon sakinləri iştirak edəcəklər. Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Festivalın birinci günü, sentyabrın 28-də dəvət olunan qonaqlar Ulu Öndərin abidəsi önünə gül dəstələri düzəcək, Heydər Əliyev Mərkəzi ilə tanış olacaqlar. Sonra Zaqatala Bölgə Təcrübə Stansiyasının “Pərzivan” ərazisindəki fındıq bağına və “Karaca fındıq” MMC-nin fındıq emalı zavoduna baxış keçiriləcək.

Rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında baş tutacaq. Təbrik və çıxışlardan sonra festival iştirakçıları meydanda yaradılan “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini izləyəcəklər. Meydanda təşkil olunan yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdiriləcək. Festival iştirakçıları, həmçinin fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaq, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxacaqlar. Festivalda fındıq, qoz və şabalıdla bağlı müsabiqələr də keçiriləcək, qaliblər mükafatlandırılacaq. Festivalın birinci günü Heydər Parkında təşkil olunacaq konsert proqramı ilə başa çatacaq. Festivalın ikinci günü, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində fındıq və digər qərzəkli bitkilərin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpozium keçiriləcək.

Festivalın sonuncu günü qərzəkli meyvələrin satış-yarmarkası təşkil olunacaq.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024