Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyi və 18 sentyabr – Milli Musiqi Günü Ağcabədidə təntənə ilə qeyd olunub.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki büstünü ziyarət edib, önünə çiçək dəstələri düzüblər.
Sonra Qarabağ Muğam Mərkəzində dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Milli Musiqi Günü münasibətilə Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbində də tədbir keçirilib. İştirakçılar Üzeyir Hacıbəylinin İncəsənət məktəbinin qarşısında yerləşən abidəsi önünə tər çiçəklər düzərək dahi bəstəkarın xatirəsini yad ediblər.
Tədbirdə çıxış edənlər Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, mədəniyyət tariximizdə xüsusi yeri olan dahi bəstəkar, həm də musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim idi.
Bayram tədbirində dahi bəstəkarın “Arşın mal alan” operettasından və “O olmasın, bu olsun” musiqili komediyasından səhnələr göstərilib, mahnı və romanslar ifa olunub. Konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.
Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Üzeyir Hacıbəyli günləri” sentyabrın sonunadək davam edəcək.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…