Builki mövsümdə Balakən rayonunda 7213 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 173 hektar artırılıb. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı yığımına start verilib. Qabaqçöl, Hənifə, Şambul, Qullar kəndlərinin ərazisindəki təsərrüfatlarda ilk günlər 250 hektaradək sahənin məhsulu yığılıb. Hələlik hər hektardan orta hesabla 60 sentnerədək məhsul götürülür. Cari mövsümdə rayonda qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər Balakən fermerlərində bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. 2018-ci ildə balakənli fermerlər 7 min 40 hektar qarğıdalı sahəsindən 43 min ton məhsul əldə ediblər.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…