İmişli fermerləri cari ilin məhsulu üçün erkən yazda 178 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib. Fermerlər indiyədək 170 hektar sahənin məhsulunu toplayıblar ki, bu ümumi tərəvəz sahəsinin 95,5 faizini təşkil edir.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, bu mövsüm İmişli əkinçiləri 178 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılır və bu günədək 170 hektar tərəvəz sahəsindən 1520,6 ton tərəvəz tədarük edilib. Hər hektarın məhsuldarlığı 96,5 sentner olub. Yığılmış məhsulun 20 tonunu yaşıl lobya, 346,6 tonunu xiyar, 527,3 tonunu pomidor, 51,8 tonunu badımcan, 170 tonunu soğan, 18,4 tonunu bibər, 100,5 tonunu sarımsaq, 58 tonunu yerkökü, 13 tonunu süfrə çuğunduru, 203 tonunu isə sair tərəvəz təşkil edib.
Əkinçilər, həmçinin becərdikləri 255,5 hektar bostan sahəsindən 2245,5 ton qarpız-yemiş də yığıblar.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…