İmişlidə əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin Abbasqulu bəy Şadlinski küçəsində inşa olunan 48 mənzilli yaşayış binasının tikintisində işlərin 85 faizi başa çatıb.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki , Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına inşa olunan dördmərtəbəli binanın tikintisinə ötən ilin dekabrında başlanılıb. Artıq binada hörgü işləri başa çatıb, dam örtüyü vurulub, qapı-pəncələr yerləşdirilib, elektrik, qaz, su xətləri çəkilib, suvaq işləri görülüb. Hazırda otaqların döşəməsi vurulur. Bu başa çatdıqdan sonra mənzillərdə kombi quraşdırılacaq, rənglənmə işləri görüləcək. Binanın dayanıqlı elektrik və su ilə təmin olunması üçün transformator qoyulacaq və 100 tonluq su anbarı tikiləcək.
Yaxın vaxtlarda ərazidə abadlıq işlərinə başlanılacaq, asfalt döşənəcək, yaşıllıqlar salınacaq.
Yaşayış binasının bu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulub.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…