Avqustun 17-də Qax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Əməkdar məşqçisi Nəsrullah Məmmədovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər və rayonlararası turnir başlanıb.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, yarışda Gəncə şəhərini, Ağdam, Şəki, Oğuz, Balakən, Zaqatala və Qax rayonlarını təmsil edən 164 yeniyetmə güləşçi iki yaş qrupu üzrə 11 çəki dərəcəsində mübarizə aparır.
Turnirin açılış mərasimində Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, yarışın fəxri qonağı – “Şöhrət” ordenli, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi, “London-2012” Yay Olimpiya Oyunlarında “Dünyanın ən yaxşı güləş hakimi” elan edilərək “Qızıl fit” mükafatına layiq görülən Əməkdar məşqçi Hicran Şərifov, Qax Olimpiya İdman Kompleksinin direktoru Rasim Məmmədov və başqaları çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, idmançılara uğurlar arzulayıblar.
Yarışların baş hakimi Məmməd Qasımovdur.
Xatirə turnirinin yekununda hər çəki dərəcəsi üzrə fərqlənən idmançılar mükafatlandırılacaq.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…