Kateqoriyalar: İnkişafRegion

Saatlıda 1648 tondan çox pomidor yığılıb

Bu il saatlılı fermerlər 788 hektar sahədə tərəvəz becəriblər. İl təsərrüfat işləri üçün əlverişli keçdiyindən və məhsul istehsalçıları becərdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiyindən sahələrdən bol məhsul yetişib. Xeyli vaxtdır ki, torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulun yığımına başlayıblar.

aranxeber.com Azərtac-a istinadən bildiri ki , saatlılı fermerlər becərdikləri 799 hektar tərəvəz sahəsinin 384 hektarından indiyədək 4 min 57,6 ton məhsul yığıblar. Tədarük olunan tərəvəzin 274,1 tonu bibər, 731,1 tonu xiyar, 1648,3 tonu pomidor, 465,7 tonu badımcan, 416 tonu sarımsaq, 463 tonu isə soğan məhsullarıdır.

Əkinçilər, həmçinin erkən əkdikləri 1987,5 hektar bostan sahəsinin 938,05 hektarından 25 min 066,4 ton qarpız və yemiş də toplayıblar. Fermerlər gün ərzində ümumilikdə 25-30 hektar sahənin məhsulunu yığırlar.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024