Kateqoriyalar: İnkişafRegion

Kürdəmir heyvandarları yarım ili uğurla başa vurublar

Kürdəmirdə heyvanarlıqla məşğul olan fermerlər və fiziki şəxslər cari ilin ilk yarısında uğurlu nəticələrə nail olublar. Belə ki, mal-qaranın və davarların baş sayı, eləcə də heyvandarlıq məhsullarının istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

aranxeber.com Azərtac-a istinadən xəbər verir ki , 6 ayda diri çəkidə ət istehsalı ötən yarımildəkinə nisbətən 631 ton və ya 16 faiz artaraq 4567 tona çatıb. Habelə, süd istehsalı 849 ton və ya 3,8 faiz çoxalaraq 23 min 63 ton, yun istehsalı 11,2 ton və ya 4,1 faiz artaraq 284 ton olub. Yarım ildə yumurta istehsalında artım 9 faiz olub və 15 milyon 35 min ədədə çatıb.

Altı ayda iribuynuzlu mal-qaranın və davarların da baş sayı artıb. Belə ki, inək və camışların sayı 337 baş çoxalaraq 65 min 371 başa, qoyun-keçilərin sayı isə 5047 baş artaraq 138 min 406 baş olub.

Qeyd edək ki, rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarılıqda qazanılan uğurlara səbəb vaxtında kifayət qədər yem ehtiyatının yaradılmasındadır. Belə ki, cari ildə yem bitkilərinin əkin sahəsi ötən ildəkindən 864 hektar çox olmaqla 10 min 234 hektara çatdırılıb. Mövsümün əvvəlindən 4723 ton məhsul toplanıb. Yem bitkilərinin tədarükü davam edir.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024