Kateqoriyalar: BaşİnkişafÖlkə

Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb.

aranxeber.com Azərtac-a istinadən xəbər verir ki , yekun tədbirində çıxış edən muxtar respublikanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli təlimin gömrük xidməti nümayəndələri üçün səmərəli keçdiyini, praktik bilik və vərdişlərin artırılması baxımından əhəmiyyətli olduğunu deyib. Qeyd olunub ki, beş gün müddətində amerikalı ekspertlər tərəfindən qaçaqmalçılıq hallarının aşkar edilməsi, nəqliyyat vasitələrinin yoxlanılması, texniki nəzarət vasitələrindən istifadə edilməsi və riskin müəyyən olunması üsulları ilə bağlı təcrübə öyrədilib. Naxçıvan Şəhər və Sədərək Gömrük idarələrində praktik məşğələlər keçirilib.

Bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayan komitə sədri gömrük işi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və iş prosesində tətbiqinin uğurlu nəticələr verdiyini önə çəkib.

ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kis Roberts Naxçıvanda keçirilən təlimin təşkilatçılıq, proqramın əhatəliliyi və iştirakçıların fəallığı baxımından yaddaqalan olduğunu vurğulayıb. O, gələcəkdə də bu cür tədbirlərin keçirilməsində maraqlı olduqlarını qeyd edərək yaradılan şəraitdən və göstərilən qonaqpərvərlikdən məmnunluq duyduğunu bildirib.

Sonda ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimini müvəffəqiyyətlə başa vurmuş gömrük əməkdaşlarına sertifikatlar və qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, qonaqlar təlim çərçivəsində Naxçıvanın qədim tarixi abidələrini ziyarət edib, gəzməli-görməli yerləri ilə tanış olublar.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024