Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandası Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatında aktivinə iki medal yazdırıb.
aranxeber.com-ın Azərtaca istinadən verdiyi məlumata görə , mayın 19-da yarışın sonuncu günündə millimizin titullu idmançılarından olan Milad Beigi Hərçəqani 80 kq çəki dərəcəsində ikincə dəfə dünya çempionu olub. Təmsilçimiz bir gün əvvəl mərhələ döyüşlərində kuba, fransa, moldovalı və koreyalı idmançıya şans verməyərək finala vəsiqəni təmin edib. İdmançımız həlledici döyüşdə yunanıstanlı Apostolos Telikostoqlou da 22:12 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın dövlət himnini səsləndirib.
Qeyd edək ki, Milad ilk dünya çempionluğunu 2017-ci ildə Koreyanın Muju şəhərində qazanıb. O, 2015-ci il Avropa Oyunlarının qalibi, dünya kubokunun ikiqat sahibi (Meksika 2015-ci il, Bakı 2016-cı il), 2016-cı ilin Avropa çempionu (İsveçrənin Montrö şəhəri) və “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Taekvondoçumuz Taypey-2017 Universiada Oyunlarının, Bakı – 2016 Qran-Pri turnirin qalibidir. İdmançımız əvvəllər Rabat – 2017 Qran-Pri turnirin bürünc medalına, Çində keçirilmiş Usi-2017 “Böyük dəbilqə” turnirin bürünc mükafatına da sahib olub.
Mançesterdəki dünya çempionatına 10 idmançı ilə qatılan millimiz yarışı bir qızıl və bir bürünc medalla başa vurub.
Xatırladaq ki, bir gün əvvəl yarışan qadın taekvondoçumuz Fəridə Əzizova 67 kiloqram çəki dərəcəsində bürünc medala yiyələnərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Yığmamız yarışlarda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, eləcə də baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə iştirak edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…