Kateqoriyalar: MədəniyyətRegion

Bərdə rayonunun komandası bilik yarışında qalib gəlib

Bərdə Regional Mədəniyyət İdarəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Yevlax şəhərində “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda III bilik yarışması təşkil edib. İntellektual yarışa Bərdə, Tərtər, Yevlax və Mingəçevirdən gənc mədəniyyət işçiləri, o cümlədən regional idarə üzrə “Gənc mədəniyyət işçilərinin koordinasiya qrupu”nun üzvləri qatılıb.

aranxeber.com azərtaca istinadən, xəbər verir ki, tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, intellektual yarışın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə aşılamaqdır.

Yarışda Bərdə rayonunu “Qarabağ”, Tərtər rayonunu “Qəhrəman”, Mingəçevir şəhərini “Nur”, Yevlax şəhərini isə “Karvan” komandası təmsil edib. Üç turdan ibarət yarış Bərdə rayonunun “Qarabağ” komandasının qələbəsi ilə başa çatıb. Turlar arası fasilədə mədəniyyət işçiləri bir-birindən gözəl mahnılar ifa ediblər.

Sonda qalib komanda regional idarə tərəfindən fəxri fərman və kubokla təltif olunub.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024