Ağdam Muğam Mərkəzində Torpağın Səsi adlı konsert keçirilib.

Ağdam Musiqi Kollecinin tələbələrinin iştirakı ilə Ağdam Muğam Mərkəzində Konsert keçirilmişdir. aranxeber.com-ın verdiyi məlumata görə, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən “Torpağın Səsi” layihəsi çərçivəsində keçirilən konsertin əsas məqsədi Ağdam Musiqi Kollecində təhsil alan istedadlı gənclərin ictimaiyyətə tanıdılması və onlarda səhnə vərdişlərinin inkişaf etdirilməsi olmuşdur.

Layihə rəhbəri Elnur Səlimovun verdiyi məlumata görə əsas repertuarı muğam və xalq mahnıları olan konsertdə təxminən 200-dən artıq tamaşaçı var idi. Tamaşaçılar arasında Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən Ağdam İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov,  Ağdam Musiqi Kollecinin müəllim və tələbə kollektivi, həmçinin məktəbin direktoru cənab Rəfail Musayev,  rayon ictimaiyyəti valideynlər və digər qonaqlar iştirak etmişlər.

İki saat davam edən konsert məktəbin birləşmiş xor və orkestr kollektivinin çıxışı ilə başladı və solo ifaları ilə davam etdi. Sonda Kollecin direktoru Rəfail müəllim konsert münasibətilə bütün kollektivi təbrik etdi və daha böyük konsertlərə imza atmaqlarını arzuladı həmçinin bütün məktəb kollektivi və ifaçılarla xatirə şəkilləri çəkildi.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024