Kateqoriyalar: BaşMədəniyyətRegion

Bərdədə Qarabağ Aşıq Festivalı keçirilmişdir.

Bərdədə şəhər musiqi məktəblərinin saz siniflərində təhsil alan gənclərin iştirakı ilə Qarabağ Aşıq Festivalı keçirilmişdir.

aranxeber.com-ın verdiyi məlumata görə, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Ulu Sənətin Sehrində” Qarabağ Aşıq Festivalı layihəsi çərçivəsində keçirilən festivalın əsas məqsədi Bərdə şəhər musiqi məktəblərinin saz siniflərində təhsil alan istedadlı gənclərin ictimaiyyətə tanıdılmasıdır. Layihə çərçivəsində gənclər məşqlər keçərək festivala hazırlaşıb və Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbində Festivalda iştirak etmişlər. Festivalda gənclərlə yanaşı Bərdə rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi, Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbinin, 2 saylı Musiqi Məktəbinin, 4 saylı Uşaq İncəsənət Məktəbinin rəhbərliyi, müəllim kollektivi və valideynlər iştirak etmişlər. Festivalda gənc aşıqların ifasında aşıq havaları, gözəlləmələr, və eləcə də xalq mahnıları ifa olunmuş və ölkəmizin gözəllikləri vəsf edilmişdir. Layihə rəhbəri Hicran Əliyevanın qeyd etdiyi kimi gənclər 3 məşq dərsi keçən gənclər Qarabağın tək muğam musiqi deyil həmçinin saz sənətinin beşiyi olduğunu sübut etməyə çalışmışdılar. İki hissədən ibarət olan festivalın bədii hissəsi başa çatdıqdan sonra qonaqlardan Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru, 1 saylı Uşaq İncəsənət Məktəbinin, 2 saylı musiqi məktəbinin və 4 saylı Uşaq İncəsənət Məktəbinin saz ixtisas müəllimləri, çıxış etmiş və aşıq havasının tarixindən, ulu sənətin qüdrətindən danışmışlar və gənclərə uğurlar arzu etmişlər. Sonda iştirakçılara festivalda iştiraklarına görə diplomlar təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024