Kateqoriyalar: Ölkə

Novruz Məmmədov: “Azərbaycana münasibətdə ədalət görmürəm”

“Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini uğurla icra edir. Enerji hər kəs üçün vacibdir”.

aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bunu bu gün 2018 CAMCA Regional Forumunda baş nazir Novruz Məmmədov bildirib.

N. Məmmədov deyib ki, Azərbaycan Avrasiya miqyasında enerji sahəsində ən böyük layihələr həyata keçirir: “TANAP və TAP layihələri uğurla icra olunur. Biz Azərbaycana daha böyük dəstək gözləyirdik. Amma bəzən böyük məqsədlər kiçik hisslərə qurban verilir”.

Baş nazir qeyd edib ki, Azərbaycan sülhün, təhlükəsizliyin təmin edilməsi üçün böyük addımlar atıb: “Azərbaycan beynəlxalq aləmdə sivilizasiyalararası dialoqla bağlı böyük tədbirlər təşkil edir. Eyni zamanda Azərbaycan dinlərarası dialoqun da inkişafında mühüm rol oynayır, dinlərarası anlaşmada addımlar atır. Azərbaycan əslində birdən-birə belə olmayıb. Biz bu yaxınlarda – may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik cümhuriyyət qurub, qadınlara səsvermə hüququ verib, balet yaradılıb.

19-cu əsrdə Azərbaycan ədibləri, məsələn, İsmayıl bəy Qutqaşınlı fransız dilində əsər yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür. Ancaq Azərbaycana münasibətdə bu ədaləti görə bilmirəm. Azərbaycana müəyyən dəstəklər verilib, ancaq bu, yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq Qərb mətbuatında 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı bir fundamental yazı görmək olmur.

Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər bu məsələ ilə bağlı normal münasibət ortaya qoyulmayıb. Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur. Böyük dövlətlərin liderləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Ədalət olmayanda isə yanaşma da düzgün olmur. Azərbaycan 25 ildir, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ədalətli mövqe gözləyir.

21-ci əsrdə insan intellekti yüksək olsa da, beynəlxalq münasibətlərdə belə gərginliyin yaranması məntiqə sığmır. Çünki böyük dövlətlər geosiyasi maraqları əsas götürür. Bunun üzərinə hansı pərdəni çəkirsən çək, belə vəziyyət yaranır. SSRİ dağılanda dünyada 10 ölkədə gərginlik vardı, indi 50 ölkədə gərginlik var. Bu suala cavab tapıb, əməli addımlar ortaya qoyulmalıdır. Bir ölkədə vəziyyətin yaxşı olması həmişə hər şeyin yaxşı olacağı demək deyil”.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024