Kateqoriyalar: Ölkə

Azərbaycanda həkimlərin peşə məsuliyyətinin sığortası üzrə xarici təcrübə öyrənilir

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun görüşü keçirilib.

aranxeber.com APA-a istinadən xəbər verir ki, görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, Birliyin sədr müavini və digər nümayəndələri, “A-Qroup Sığorta” Şirkətinin İdarə Heyətinin sədr müavini, “Atəşgah Sığorta” Şirkəti, “AXA MBASK Sığorta” Şirkəti, “PAŞA Sığorta” Şirkətinin nümayəndələri və sahə üzrə mütəxəssislər, həmçinin, “Caspian Legal Center” hüquq şirkətinin nümayəndələri iştirak edib.

Görüş zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ölkələrin təcrübəsi Birlik tərəfindən təqdimat edilib. Təqdimat zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ABŞ, Avropa ölkələri, İsveç, Türkiyə, Sinqapur və Hindistan və s. ölkələrin təcrübəsinə əsaslanan məlumatlar verilib və daha sonra təqdimat geniş şəkildə müzakirə edilib.

Görüş iştirakçıları beynəlxalq təcrübə əsasında uyğun modelin müəyyən edilməsi və onun yerli şəraitə uyğunlaşdırılaraq Azərbaycanda həkimlərin peşə məsuliyyəti sığortasının icbari tətbiqinin zəruriliyini qeyd ediblər.

Görüşün yekununda bu sahədə işlərin davam etdirilməsi, beynəlxalq təcrübə əsasında uyğun modelin hazırlanması, həmçinin, bu istiqamətdə müvafiq addımların atılması qərara alınıb.

Xatırladaq ki, Birlik tərəfindən həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun daha əvvəl iki görüşü keçirilib və bununla əlaqədar müzakirələr aparılmışdır.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024