İran parlamentinə hücum edən İŞİD terror qruplaşmasının həbs olunan üzvlərinin məhkəməsi keçirilir.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bu gün Tehran İnqilab Məhkəməsində açıq məhkəmə keçirilib.
Bugünkü məhkəmədə prokror bu cinayət işi ilə bağlı 8 nəfərin ittiham olunduğu maddələri açıqlayıb. Onlar yüngül, orta ağır və ağır çaplı odlu silahların qanunsuz alınması, satışı və daşınamasında ittiham olunurlar.
Hakim cinayət işi üzrə 26 nəfərin saxlanıldığını bildirib və qeyd edib ki, digər şəxslərin ittiham aktı onların və vəkillərinin iştirakı ilə növbəti məhkəmə proseslərində oxunacaq.
Qeyd edək ki, ötən ilin iyun ayının 7-də İŞİD terror qruplaşmasının üzvləri İran parlamentinə hücum etmişdi. Hücum nəticəsində parlamentin mühafizəçilərindən və dinc əhalidən bir neçə nəfər ölüb və yaralanmışdı.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…