Kateqoriyalar: Dünya

Misir prezidenti yaxın zamanlarda Sinay yarımadasında antiterror əməliyyatlarının başa çatacağını bəyan edib

Misir prezidenti Əbdulfəttah əs-Sisi yaxın zamanlarda Sinay yarımadasında antiterror əməliyyatlarının başa çatacağını bəyan edib.

aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bu barədə Misir prezidenti televiziya ilə yarımadanın sakinlərinə müraciəti zamanı məlumat verib.

Misir prezidenti bildirib ki, Sinay yarımadasında 4 illik inkişaf planı həyata keçiriləcək.

Bu ölkənin Silahlı Qüvvələrinin məlumatna görə, fevralın 8-dən ordu və polisin həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar nəticəsində ekstremist qruplaşmanın 100-dən çox üzvü məhv edilib. Bu əməliyyatlar zamanı 30 hərbi qulluqçu həlak olub.

Bununla yanaşı, hökumətin sabiq rəhbəri, hazırda Misir prezidentinin milli və strateji layihələr üzrə məsləhətçisi İbrahim Məhlyəb qeyd edib ki, Sinay Yarımadasının inkişafını nəzərdə tutan 15,6 mlrd. dollarlıq layihə 2022-ci ilə qədər həyata keçiriləcək. Onun sözlərinə görə, inkişaf planına yeni yolların salınması, sənaye müəssisələrinin, xəstəxana, mədəniyyət mərkəzlərinin, kanalizasiya şəbəkələrinin inşa olunması daxildir. Bu plana əsasən işlərə ilk növbədə Sinay yarımadasının şimal hissəsində başlanacaq. İnfrastrukturun çatışmadığı yarımadanın bu hissəsi 2013-cü ildən silahlı qruplaşmaların hərbi bazasına çevrilib.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024