Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, yarışda bu gün VI turun oyunları keçirilib.
Azərbaycanlı şahmatçılardan Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarovla Rauf Məmmədov isə qara fiqurlarla oynayıb. Teymurun rəqibi yarışın autsayderlərindən polşalı Radoslav Voytaşek olub. Rəcəbov heç-heçə seriyasını davam etdirib.
Millimizin lideri Şəhriyar Məmmədyarov sonuncu sıradan qurtulmaq üçün Dinq Lirenə qalib gəlməli idi. Lakin qrossmeysterimiz bərabərliklə kifayətlənib. Raufun işi daha çətin olub. “Qaralar”la oynayan Məmmədov turnir cədvəlinin lideri Veselin Topalovla xalı yarı bölüb.
“Shamkir Chess 2018”
VI tur
25 aprel
Teymur Rəcəbov (Azərbaycan, 2748) – Radoslav Voytaşek (Polşa, 2744) – 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2778) – Maqnus Karlsen (Norveç, 2843) – 0,5:0,5
Veselin Topalov (Bolqarıstan, 2749) – Rauf Məmmədov (Azərbaycan, 2704) – 0,5:0,5
Aniş Giri (Hollandiya, 2777) – David Navara (Çexiya, 2745) – 1:0
Dinq Liren (Çin, 2778) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – 0,5:0,5
Turnir cədvəli: Topalov – 4 xal; Karlsen, Giri – 3,5; Karyakin, Məmmədov, Rəcəbov, Dinq – 3; Voytajek, Məmmədyarov – 2,5; Navara – 2.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…