Şamaxı rayonunda üç avtomobil yolu sürüşmə nəticəsində dağılaraq, təhlükəli vəziyyətə düşüb.
aranxeber.com SalamNews-ə istinadla xəbər verir ki, rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinlikdə çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub. Dağlardan sürüşən torpaq kütləsi yola doğru hərəkət edir. Hazırda yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb.
Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib. Avtomobil yolunun 19-20-ci kilometrliyində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Uzunluğu 54 kilometr olan avtomobil yolunun 7 yerində sürüşmə qeydə alınıb.
Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə də iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb. Üç kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb.
Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və iş aparılır. Çökməyə məruz qalan hissələr doldurularaq üzərindən yeni asfalt örtüyü vurulur.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…