Ermənistanın baş naziri Serj Sarkisyan onun təyinatına qarşı çıxan etiraz aksiyasının lideri, parlamentin deputatı Nikol Paşinyanı dialoqa çağırıb.
aranxeber.com SalamNews-ə istinadla xəbər verir ki, Sarkisyan ölkədə cərəyan edən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib. Bu ərəfədə Paşinyan hakim partiya ilə dialoqa hazır olduğunu deyib və dörd maddədən ibarət şərtini səsləndirib. Onun sözlərinə görə, müzakirələr baş nazirin istefası, bu posta “xalqın namizədinin” seçilməsi, müvəqqəti hökumətin yaradılması və növbədənkənar parlament seçkiləri keçirilməsi ətrafında aparılmalıdır.
Xatırladaq ki, Serj Sarkisyanın Ermənistanın baş nazir postuna seçilməsinə qarşı keçirilən kütləvi etiraz aksiyaları artıq doqquzuncu gündür aramsız davam edir. Müxalifət Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində təqsirləndirir. Aprelin 16-da parlament binasına yürüş edən mitinq iştirakçıları ilə polis arasında baş verən toqquşma nəticəsində onlarla insan xəsarət almış, ertəsi gün isə müxalifət Ermənistanda “məxməri inqilabın” başlandığını elan etmişdi.
Hazırda etiraz aksiyaları genişlənərək ölkənin digər ərazilərinə də yayılmaqdadır. Paytaxtla yanaşı, Gümrü, Vanadzor, Eçmiədzin və digər şəhərlərdə də nümayişlər başlayıb. Bu gün Yerevanda 60-dan çox müxalifət fəalı saxlanılaraq polis şöbələrinə aparılıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…