Aprelin 14-də İmişlidə “Sosial strateji tədqiqatlar və analitik araşdırmalar mərkəzi”nin təşkilatçılığı ilə seminar keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə rayon gənclərinin nümayəndələri iştirak ediblər.
“Sosial strateji tədqiqatlar və analitik araşdırmalar mərkəzi”nin rəhbəri İlqar Hüseynli seminarda çıxış edib. O, erkən, düşünmədən, plansız ailə qurmağın fəsadlarından danışıb.
Mərkəz rəhbəri gəncləri bu məsələdə düzgün planlaşdırmaya çağırıb. O, eyni zamanda, gənclərin ailə qurarkən qarşı tərəfin sağlamlığına diqqət etməli olduqlarını da vurğulayıb: “Bu məsələdə kiminsə sağlamlığını şübhə almaq kimi niyyət nəzərdə tutulmur. Sağlamlıq deyəndə, heç də hansısa həkimdən formal olaraq möhürlü sənəd almaqdan söhbət getmir. Söhbət düzgün şəkildə tibbi müayinədən keçməkdən gedir. İndi ailələrdə baş verən xoşagəlməz hadisələrdə müxtəlif yoluxucu xəstəliklərin rolu çox böyükdür. İndiki dövrdə gənclər ailə qurmazdan öncə zəruri olan bütün tibbi testlərdən, xüsusən narkoloji testdən keçməlidirlər. Sağlam ailə sağlam gələcək nəsil deməkdir. Sizin hər biriniz bu məsələdə ətrafınızdakı gənclərə müsbət təsir göstərməli, düzgün təbliğat aparmalı, sağlam cəmiyyətin formalaşmasında öz dəstəyinizi əsirgəməməlisiniz.”
Bu barədə məlumatı aranxeber.com-a tədbirin keçirilməsinə dəstək verən Ziyalı Gənclər Maarifçi Klubunun rəhbəri Ziya Rzayev verib.
[Best_Wordpress_Gallery id=”113″ gal_title=”“Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda seminar keçirilib”]
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…