Kateqoriyalar: İdmanRegion

“Mil-Muğan” “Ağsu”nu səfərdə məğlub etdi

Aprelin 13-də futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsində növbəti-23-cü turun oyunları olub. 

Bu oyunlardan biri Ağsuda keçirilib. Rayonun eyniadlı komandası şəhər stadionunda İmişlinin “Mil-Muğan” klubu ilə qarşılaşıb. Oyun qonaq komandanın 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

aranxeber.com”-a məlumat verən komandanın məşqçisi Laçın Mustafayev oyunun qarşılıqlı hücumlarla keçdiyini bildirib: “Meydan sahiblərinin hücumlarına komandamız hücumlarla cavab verdi. Bunun nəticəsində də 36-cı dəqiqədə hesabı açdıq. Anar Babayev cinahdan cərimə meydançasına ötürülən topu saxlamadan qapıya göndərdi”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fasiləyə bu hesabla yollandıqlarını qeyd edən məşqçi ikinci hissənin 56-cı dəqiqəsində azlıqda qaldıqlarını deyib: “Hakim komanda yoldaşına edilən kobudluğa kəskin etiraz edən komandanın kapitanı Samir Babayevə qırmızı vərəqə göstərdi. Bundan sonra təzyiqi daha da gücləndirən “Ağsu” əsas vaxta əlavə edilən dəqiqələrdə öz qapısında qol gördü. Əks-hücum zamanı Elnur Məmmədovun vurduğu topu qapıçı qaytarsa da, özünü yetirən Anar Babayev onu qapıdan keçirərək dubla imza atıb”.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024