Kateqoriyalar: BaşRegion

Saatlının Məzrəli kəndinə qaz xətti çəkilir

Martın 28-dən etibarən Saatlı rayonunun Məzrəli kəndinə qaz xəttinin çəkilişinə başlanılıb.

Bu barədə aranxeber.com-a məlumat verən Salyan Regional Qaz İstismarı İdarəsinin tikinti şöbəsinin baş mühəndisi Yelmar Məmmədov bildirib ki, qaz xəttinin çəkilişinin cari ilin iyun ayında tamamlanması nəzərdə tutulur. O qeyd edib ki, yayda həmin kəndin sakinləri təbii yanacaqdan istifadə edə biləcəklər.

Məzrəli kəndi ilə qonşu olan Naharlı kəndinin sakini Pənah Fətəliyev deyir ki, əvvəllər kəndlər bir yerdə olub, sonra ayrılıb: “İndi bir icra nümayəndəliyinin-Məzrəli kənd nümayəndəliyinin tərkibindəyik. Ora qaz xətti çəkilir, bizə yox. Çox yaxınıq, təsəvvür edin ki, yolun o tərəfi ilə qaz xətti çəkilir, amma biz tərəfə  çəkilmir. Yığışıb narazılıq etdik ki, bəs biz nə vaxtadək yanacaq sarıdan əziyyət çəkəcəyik, qışda kərmə-odun yandıracayıq, qapımızda olan meyvə ağaclarını da istiliyə görə kəsəcəyik? Rayonun icra başçısı bizə söz verdi ki, yayda sizin kəndə də qaz xətti çəkiləcək. O, hətta dedi ki, sizin kəndlə Məzrəliyə eyni vaxtda qaz veriləcək. Görək də, yayda verdikləri sözün üstündə duracaqlar, yoxsa yox. Hər halda ümid edirik”.

 

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024