Kateqoriyalar: BaşRegion

Yaxın dövrlərdə rayonun qalan kəndlərinə də qaz xətlərinin çəkilməsi planda nəzərdə tutulub

İmişli rayonunun yaşayış məntəqələrinin böyük əksəriyyəti təbii yanacaqla təmin olunur. 1 şəhər, 1 qəsəbə və 48 kənddən ibarət olan rayonun yalnız 12 kəndinə qaz xətti çəkilməyib. Bunlar Xəlfəli, Kürdmahmudlu, Hacalmuradlı, Qulubəyli, Məmmədli, Əliyetməzli, Allahmədətli, Ağamalılar, Telişli, Aranlı, Qızılkənd və Hacırüstəmli kəndləridir.

Bu barədə aranxeber.com-a Salyan Regional Qaz İstismarı İdarəsinin tikinti şöbəsinin baş mühəndisi Yelmar Məmmədov məlumat verib. O, deyib ki, yaxın dövrlərdə təbii yanacaqdan istifadə edə bilməyən kəndlərə də qaz xətti çəkilməsi prosesi davam etdiriləcək: “Adıçəkilən kəndlər rayonun 3 fərqli istiqamətlərində: şimal, cənub və cənub-şərqi zonalarında qrup halındadırlar. Əlavə olaraq, onlar rayon ərazisindən keçən magistral boru xəttindən kənardadırlar. Bu da həmin kəndlərə xətlərin çəkilməsi üçün müəyyən vaxt tələb edir. Biz də çox istərdik ki, bütün yaşayış məntəqələri təbii yanacaqla təmin olunsun və əhali bu sahədə problemlə rastlaşmasın.”

İdarə rəsmisi adıçəkilən kəndlərin yaxın gələcəkdə qazla təmin olunmasının planda nəzərdə tutulduğunu da qeyd etdi.

 

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024