Bu gün Avropa İttifaqı Şurası ilk dəfə bir qadını Avropa Polis Təşkilatına (Avropol) icraçı direktor təyin edib.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bu barədə qərar bu gün Brüsseldə Avropa İttifaqı Şurasının daxili işlər və ədliyyə üzrə keçirilən iclasında qəbul edilib.
Bu vəzifəyə Belçika federal polisinin 49 yaşlı baş komissarı Katrin de Boll təyin edilib. Katrin de Boll əsas vəzifəsinin “Avropol”-un Avropa təhlükəsizliyi sahəsində fəaliyyətinin effektivliyini artırmaq olduğunu bildirib.
Yeni icraçı direktor vəzifəsinin icrasına bu il mayın 1-dən başlayacaq və bu postda Rob Ueynraytı əvəz edəcək. “Avropol”-un icraçı direktoru 4 illik müddətə təyin edilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…