Kateqoriyalar: Region

Qaz sayğacları ilə bağlı kütləvi narazılıq var

İmişli rayonunda əhalinin təbii yanacaqla bağlı şikayətləri həmişə olub. Xüsusən, qış aylarında narazılıqlar daha da çoxalır. Bu şikayətlərə daha biri, özü də ittiham dolu şikayət əlavə olunub.

Sakinlər onları mavi yanacaqla təmin etməli olan qurumun bilərəkdən sayğaclara müdaxilə edərək, süni cərimələr tətbiq etdiyini iddia edirlər. Özü də, bu işin Salyan Regional Qaz İstismarı İdarəsinin göstərişi ilə həyata keçirildiyini bildirirlər.

İmişli şəhər sakini Hüseyn Əliyev sayğacların qəsdən sıradan çıxarıldığını və abonentlərə bilərəkdən ziyan vurulduğunu deyir: “ Özləri yeyib dövlətə ziyan vururlar, sonra da bunu abonentlərin cibindən çıxarmağa çalışırlar. Yəqin ki, bu iş Salyan Regional Qaz İstismarı İdarəsinin göstərişi ilə həyata keçirilir. Onların fikrincə, qaz kəsirlərini sadə insanlar ödəməlidir. Gücləri ancaq sadə insanlara çatır. Belə də Allahsızlıq olarmı?”

Şəhərin Aran küçəsində yaşayan Ceyhun Əliyev idarənin əməkdaşlarının gəlib köhnə sayğacı sökdüklərini və yeni sayğac quraşdırdıqlarını bildirir: “Bildiriş qəbzi göndərəndə məlum olub ki, 280 manat cərimə olunub. 90 manat yeni sayğac üçün, 190 manat isə köhnə sayğacın daxilinin əzildiyi üçün. Bir sözlə, guya kənar müdaxilə edilib. Halbuki, köhnə sayğacı idarənin əməkdaşları söküblər. Getdim idarəyə, heç biri bunu əsaslandıra bilmədi. Sayğacı sökənlər həmin vaxt onda heç bir müdaxilənin olmadığını təsdiqlədilər. Deməli, bu cərimələr quramadır. Bu aşkar soyğunçuluqdur. “

Səbuhi Əsədov küçəsində yaşayan Alim Nuriyev isə ona sayğac söküntüsündən sonra 173 manat cərimə yazıldığını deyir: “Yanımda sökdülər, heç bir problem yox idi. Bir müddətdən sonra bildiriş gətirdilər ki, bəs bu məbləğdə cərimə olunmusan. Aparıb idarədə köhnə sayğaca özləri müdaxilə edib, sonra da bunu abonentlərin üstünə atırlar. Qaz itkilərini mənimkimilərin hesabına doldurmaq istəyirlər. Yəqin, bu da cibəgirmənin müasir üsuludur. Üç körpə uşaqla ilin-günün bu vaxtı bu qondarma cəriməni necə ödəyim?”

Salyan Regional Qaz İstismarı İdarəsinin əməkdaşı Araz Soltanovun aranxeber.com saytına verdiyi məlumata görə, bu ittihamların əsası yoxdur: “Təbii ki, abonent belə iddia ilə çıxış edəcək. Qaz sərfiyyatına baxış zamanı bəzi sayğaclara kənar müdaxilələr olduğu məlum olur. Belə olan halda isə, həmin abonent cərimə olunur. Bizə yönələn ittihamlar əsassızdır. İdarə tərəfindən sayğaclara müdaxilə olunduğu fikri yanlışdır. Kimin şikayəti varsa, məhkəməyə müraciət etsin.”

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024