Kateqoriyalar: Ölkə

Qazax, Ağstafa və Tovuz rayonlarında icmaların sosial problemlərinin həllində vətəndaş iştirakçılığının artırılmasına media və QHT-lərin birgə dəstəyi layihəsini həyata keçirir

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi ,Azərbaycan  Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Qazax, Ağstafa və Tovuz rayonlarında icmaların sosial problemlərinin həllində vətəndaş iştirakçılığının artırılmasına media və QHT-lərin birgə dəstəyi” layihəsini həyata keçirir.

Layihənin məqsədi- Yerli problemləri həll etmək üçün vətəndaş təşəbbüslərinin, habelə yerli hakimiyyət, QHT və medianın birgə fəaliyyətinin dəstəklənməsidir.

 Layihə çərçivəsində bu günlərdə Tovuz rayonun üç icmasında-Bozalqanlı, Aşağı Quşçu və Düz Qırıqlı kəndlərində icma üzvləri arasında təlim keçirilib. Bu barədə AranXəbər-ə Qazax Regional İnkişaf Resursları İctimai Birliyindən məlumat verilib.

  Təlimlərin əsas mövzuları, “İcmaların yerli problem ətrafında təşkilatlanması”,”İcma quruculuğu”, “Media, QHT və İcma əlaqələrinin effektiv qurulması yolları” olub.Təlimlərdə iştirak edən icma üzvləri yaşadıqları icmanın əsas problemlərini dilə gətiriblər. Bozalqanlı icmasının fəalları kənddə Tibb məntəqəsinin qəzalı və uyğunlaşdırılmış binada yerləşməsindən, uşaq bağçasının vəziyyətindən, Düz Qırıqlı  icmasının fəalları içməli və suvarma suyunun çatışmamasından, kənd arası yolların qeyri qənaətbəxş olmasından söz açdılar.Aşağı Quşçu icma üzvləri təlimə daha kütləvi qatılmışdı. Əsasən qadınların çoxluq təşkil etdiyi tədbirdə,icma üzvləri 10 000 nəfər sakini olan kəndin içməli suyunun olmamasından, kəndin qədim kəhrizinin təmirə ehtiyacı olduğundan  söz açıblar.İcma fəalları sosial problemləri barədə zaman-zaman mediada çıxış etmələrindən, bəzi problemlərinin bundan sonra aidiyyəti qurumlar tərəfindən həll edilməyindən danışıblar.

 Sonda icma üzvləri bu cür layihələrin həyata keçirildiyinə görə, təşkilata və donora təşəkkürlərini bildiriblər.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024