Kateqoriyalar: HadisəİdmanÖlkəRegion

Saatlıda qızlar arasında keçirilən basketbol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Saatlıda “İdman həftəsi” ilə bağlı silsilə tədbirlər davam etdirilir. Proqrama uyğun olaraq qızlar arasında basketbol üzrə rayon birinciliyi keçirilib.

Rayon Gənclər və İdman İdarəsindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyi tərəfindən 27 fevral-5 mart tarixlərində ölkə ərazisində “İdman həftəsi” keçirilir. “İdman həftəsi” ilə əlaqədar olaraq Saatlı rayon Gənclər və İdman İdarəsi tərəfindən bir sıra idman tədbirləri gerçəkləşib. Bu məqsədlə idarə tərəfindən tədbirlər planı təsdiq edilib və tərtib olunan tədbirlər planına əsasən, rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə basketbol üzrə yeniyetmələr arasında (qızlar) rayon birinciliyi keçirilib. İki gün davam edən yarışda 10-a yaxın komanda iştirak edib.

Birinci yerdə V.Əsgərov adına şəhər 4 nömrəli tam orta məktəb, ikinci yerdə O.Mirzəyev adına Şirinbəyli kənd tam orta məktəb, üçüncü yerdə isə M.Mehbalıyev adına Nərimanov kənd tam orta məktəbini təmsil edən komandalar qərarlaşıb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024