Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin şəhər və rayonlarından Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək uşaqların seçim turu davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən növbəti seçim turu sentyabrın 2-də Kürdəmirdə keçirilib. Kürdəmir rayon Heydər Əliyev Mərkəzində təşkil olunan seçim turunda 13-17 yaş arasında olan 20 uşaq iştirak edib. Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən xüsusi bacarıqları və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran, sosial fəallığı ilə seçilən uşaqlarla qarşılıqlı fikir mübadiləsi aparılıb və onların arasından iki nəfər seçilib.
Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Forumun əsas məqsədlərindən danışaraq deyib: “Forumun keçirilməsində məqsəd uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, habelə ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir”.
L.Səfərəliyeva vurğulayıb ki, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən artıq Zərdab və Ucar rayonları üzrə forumda iştirak edəcək uşaqlar seçilib.
Seçim turu məktəblilər üçün həm maraqlı, həm də həyəcanlı idi. Fikirlərini sərbəst ifadə etmək üçün onlara hər cür şərait yaradılmışdı. Görüşdən yeni çıxan Kürdəmirin Atakişili kənd tam orta məktəbinin XI sinif şagirdi Sona Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Azərbaycan Uşaqlarının Ümumrespublika forumlarının keçirilməsi onların hərtərəfli inkişafına, dünyagörüşlərinin artmasına, təşəbbüslərlə çıxış etmələrinə, hüquqlarının qorunmasına böyük töhfədir: “Əgər Forumda iştirak etmək hüququ qazanaramsa, rayonumuzu yüksək səviyyədə təmsil edəcəyəm. Forumda fəal iştirak edəcək, gender bərabərliyi, valideyn-uşaq münasibətləri ilə bağlı təkliflər irəli sürəcək və yeni dostlar tapacağam”, – deyə XI sinif şagirdi söyləyib.
Qeyd edək ki, forum öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Uşaq Hüquqları haqqında BMT Konvensiyasını, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununu, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquq və milli qanunvericiliyi əsas götürür. Forumda şəhid, qazi və döyüşçü ailələrdən, milli azlıqları, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan uşaqları təmsil edən nümayəndələrin də iştirakı nəzərdə tutulub.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…