Kateqoriyalar: HadisəÖlkə

Nazirliyə məxsus avtomobillər 2500 manatdan satışa çıxarılacaq – SİYAHI + FOTO

17 avqust tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Oxu.Az-ın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyi məlumata görə, həmin tarixdə 11 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin başlanğıc qiyməti 2500 manat olacaq və 10 000 manata qədər davam edəcək.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Sifarişlər hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq. 

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024