Kateqoriyalar: Hadisə

Pentaqon: ABŞ öz qoşunlarının 95 faizini Əfqanıstandan çıxarıb

ABŞ qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması prosesi praktik olaraq başa çatdırılıb. Kabilin hüdudlarından kənardakı bütün hərbi bazalar tərəfdaşlara verilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə iyulun 21-də keçirilən brifinqdə ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri general Mark Milli jurnalistlərə bildirib. Onun sözlərinə görə, üç aydan da az vaxtda qoşunların 95 faizinin çıxarılmasına nail olunub. Bundan başqa, Kabildən kənarda yerləşən bütün hərbi bazalar Əfqanıstan Müdafiə Nazirliyinə və təhlükəsizlik qüvvələrinə təhvil verilib.

ABŞ və NATO qoşunların rəsmi çıxarılması prosesinə mayın 1-də başlayıb. Həmin vaxtadək Əfqanıstanda 3500 Amerika hərbi qulluqçusu və NATO-nun 7000 əsgəri qalmışdı. Əməliyyatların pik vaxtında isə ABŞ və müttəfiqlərinin bu ölkədəki hərbçilərinin sayı 150 mindən çox idi.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024