Kateqoriyalar: DünyaHadisə

Ermənistan yeni müharibəyə hazırlaşır?

Son günlər Ermənistan hakimiyyəti öz pafoslu və revanşist açıqlamaları ilə gündəmə gəlir. 

Qarabağ müharibəsində acı məğlubiyyətə baxmayaraq Ermənistan yenidən öz çirkin əməllərini icra etməyə çalışır. 

Ölkənin ərazi idarəçiliyi və infrastruktur naziri Sürən Papikyan bildirib ki, yeni nüvə elektrik stansiyası tikmək niyyətindədirlər.

Sabiq prezident Robert Köçəryanın sözlərinə görə isə silahlı qüvvələrin yenidən bərpası üçün 3 milyard dollar vəsait lazımdır. 

Bəs müharibədən sonra ağır durumda olmasına baxmayaraq bu cür fikirlər səsləndirmək həqiqəti əks etdirirmi?

Politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, Ermənistan hakimiyyətinin bu cür fikirləri yalnız reklam məqsədi daşıyır:

“Bu cür açıqlamalar reklam məqsədi daşıyır. Onların böyük büdcəsi də yoxdur ki, belə layihələr icra etsinlər. Sadəcə Azərbaycandan geri qalmadıqlarını göstərmək üçün, ölkənin ağır vəziyyətində xalqı ruhlandırmaq üçün cəfəng fikirlər səsləndirirlər. 

Onlar guya ki, hansısa ölkələrlə layihələr icra edəcəklər. Nəzərə alsaq ki, ölkədə mövcud xaos vəziyyəti hökm sürür, belə vaxtda heç bir ölkə Ermənistana yatırım etməz. Müharibə zamanı düçar olduqları ağır məğlubiyyətdən sonra yaranan iqtisadi böhran və s. amillər onları absurd fikirlər səsləndirməyə vadar edir”.
 


Politoloq bildirib ki, hazırda məğlub orduya sahib olan Ermənistandan fərqli olaraq, Azərbaycan öz ordusunu daha da gücləndirmək istiqamətində işlər aparır. Bu səbəbdən orduda yeni təlimlərə də start verilib: 

“Orduda təlimlərin təşkil edilməsi müharibədən xəbər vermir, bu, ordunun gücünü daha da artırmaq və yeni modern silahlarla təmin etmək üçündür. Azərbaycan ordusu müharibədən sonra müxtəlif təlimlər keçirib. Təlimlər Azərbaycan ordusunun daha güclü olması, müasir silahlarla  təchiz edilməsi üçündür. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir. Təbii ki, ehtiyac yaranarsa, ordu yenə də öz sözünü deyəcək, amma Ermənistan Azərbaycanla yenidən müharibə aparmaq gücündə deyil”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024