“Qaz təchizatının fasiləsiz həyata keçirilməsi nəzarətdə saxlanılır”.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Dünəndən etibarən ölkədə hava şəraitinin kəskin şəkildə dəyişməsi və xüsusən də dağlıq rayonlarda şaxtalı havanın müşahidə olunması ilə bağlı bildirilib ki, “Azəriqaz” İB heç yerdə qaz təchizatında kəsilmələrin olmamasına çalışır:
“Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gəlib. Ümumilikdə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var. Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 milyon kubmetrə yaxın qaz qəbulu olub.
Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 milyon kubmetrə bərabərdir. Deməli, tələbat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir. Abonentlərimizi əvvəlcədən məlumatlandırmaq borcumuzdur”.
Qeyd edilib ki, qaz təchizatında hər hansı problemlə üzləşən abonentlər 104/185 saylı Çağrı Mərkəzinə, (+994 77) 3 104 104 saylı “Whatsapp” nömrəsinə, birliyin rəsmi “Facebook” səhifəsinə yaza bilərlər.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…