İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Göbəktala kəndindən olan ll Vətən Müharibəsi qazisi Məmmədov Yusif Taleh oğlu ilə görüşüb. Ziyarət zamanı düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə ilə qazimiz təbrik edilmiş və ona Allahdan şəfa dilənmişdir. Rayon rəhbəri qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı. Ordu ilə birləşən xalq öz tarixini möhtəşəm qələbə ilə şərəfləndirdi, tarixi ədalət bərpa edildi. E.Rzayev həmçinin bildirmişdir ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri daim diqqətdə saxlanılırlar. Onlar bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər.
Söhbət zamanı qazi keçdiyi döyüş yolundan danışmış, öz təəssüratlarını bölüşmüşdür. Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu Yusif Məmmədov Vətən müharibəsinin başladığı ilk gündən cəbhənin ən qaynar nöqtələrində döyüş tapşırıqlarını yerinə yetirib. O, Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanıb. Qazi Yusif Məmmədov göstərilən diqqətə görə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…