Kateqoriyalar: HadisəÖlkə

Ermənistanın 40 kəndi və bir rayonu ordumuzun nəzarətinə keçib

44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Düşməni döyüş meydanında darmadağın edən şanlı ordu, öz əzəli və əbədi torpaqlarını işğaldan azad etdi. Ermənistanın məğlubiyyətini əks etdirən 10 noyabr bəyanatından sonra sərhədlərin müəyyən edilməsi (demarkasiya) nəticəsində yeni ərazilər Azərbaycana təhvil verilir.

Aranxeber bildirir ki, mövzu ilə bağlı fikirlərini “konkret.az”-a şərh edən politoloq Əziz Əlibəyli deyir ki, 10 noyabr sazişi əsasında indiyə qədər Azərbaycana 30-dan artıq kənd qaytarılıb: “Bunlar Cəbrayılın, Qubadlının və Laçının müəyyən kəndləridir ki, döyüş nəticəsində onlar qaytarılmamışdı. Qazağın 7 kəndi və Kərkinin məsələsi ona görə həll olunmalıdır ki, dəhliz problemi öz həllini tapsın. Dəhliz problemi həllini tapdıqdan sonra, Qazağın 7 kəndi və digər məsələlər həll olunacaq”.

Əziz Əlibəylinin sözlərinə görə, demarkasiya nəticəsində Ermənistanın 40 kəndi və Qeqarkunik rayonu Azərbaycan əsgərinin nəzarəti altına düşüb: “Qeqarkunik rayonu Göyçə gölünün sahillərini əhatə edir. Bu ərazilər Göyçənin qədim Kəvər elləri dediyimiz bölgələrə aiddir. O bölgələrin Azərbaycanla sərhəd olan hissələrində – Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Qubadlı və digər  rayonlarda Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının əsgərləri döyüş xidməti həyata keçirirlər. Bu bölgələrdə həm sərhədin tam şəkildə təmin edilməsi, həm də  demarkasiya ilə bağlı yeni sərhədlərin müəyyənləşdirilməsi nəticəsində 40-a yaxın kənd və Qeqarkunik şəhəri Azərbaycan əsgərinin nişangahı altına düşüb”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024